Şüurlu şəkildə sağlamlığınızın qayğısına qalmağa hazırsınızsa, sizə afərin! Müasir insanın qida və yuxu ilə yanaşı əlavə fiziki fəaliyyətə də ehtiyacı var. Buna görə də, bizim əsas vəzifəmiz sizə davamlı məşq etməyi aşılamaq, bu bacarığı həyat tərzinizə çevirməkdir ki, uzun illər sağlamlığınız qaydasında qalsın. Yalnız müntəzəm, ardıcıl məşq irəliləyişinizə və sizi formada saxlamağa kömək edəcək.
FİTNES SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN VƏ DAİMA FORMDA QALMAĞINIZ ÜÇÜN ƏN DOĞRU İDMAN NÖVLƏRİNDƏN BİRİDİR.
ƏN YAXŞI İDMAN İNVENTARLARI SİZİN İXTİYARINIZDADIR!
Ağır atlerlər gündə azı 150 qram, və ya çəkinin hər kiloqramına iki qram zülal qəbul etməlidirlər? Bu optimal əzələ artımı üçün lazımdır. Əgər siz orqanizminizə nə qədər zülalın daxil olduğunu bilmirsinizsə, bunu öyrənməyin artıq vaxtıdır. Kalorilərlə olduğu kimi, həftə ərzində orqanizmə daxil olan zülal miqdarına nəzarət edin. Məqsəd – gündə bədənin hər kq-na 2 qram zülalın daxil olmasıdır. Uğurlu əzələ artımı üçün təxminən bu miqdarda zülal tələb olunur.
MÜKƏMMƏL BƏDƏN QURULUŞU ÜÇÜN GÜCLÜ İRADƏ, İNAM VƏ İSTƏK LAZIMDIR.